Əbdulbari Gözəl: 2-ci qoldan sonra rahatlaşdım

“Qarabağ”ın fəxri prezidenti Əbdulbari Gözəl komandanın Avropa Liqasının qrup mərhələsində Yunanıstanın PAOK klubu üzərində 2:0 hesablı qələbəni şərh edib. Allsport.az saytı xəbər verir ki, iş adamı, bu görüşdə dönüş üçün uğurun çox vacib olduğunu deyib:

“Azərbaycan hər sahədə inkişaf etdiyi kimi, futbolda da yüksəlişdədir. Allaha şükür, gördünüz, matçı 2:o üstün bitirdik. Bir neçə uğursuz oyundan sonra bu qələbə vacib idi. Bütün oyunu həyəcanla izlədim. Yalnız ikinci qoldan sonra rahatlaşdım. Komandanı qazandığı uğur münasibətilə təbrik edirəm. Yunanıstanda da futbolçularımızdan qələbə gözləyirəm. Özünəinamı artırsaq, qrupdan çıxa bilərik”.

Həmin kateqoriyadan