Əfran İsmayılov 200-cü oyununa çıxıb

“Qarabağ”ın futbolçusu Əfran İsmayılov Azərbaycan çempionatında 200-cü oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, onun yubileyi premyer liqanın 3-cü turuna təsadüf edib. “Qəbələ” ilə matça start heyətində başlayan yarımmüdafiəçi, bunadək 199 qarşılaşmada forma geyinmişdi.

Ölkə çempionatında 2006/07 mövsümündə debüt edən Əfran İsmayılov ilk matçını da “Qarabağ”da keçirib. Ümumiyyətlə, onun 200 çempionat matçından çoxu – 153-ü Ağdam klubunda baş tutub. Daha 4 klubun şərəfini qoruyan yarımmüdafiəçi “Bakı”da 17, “İnter”, “Turan” və “Xəzər Lənkəran”ın hərəsində 10 görüşə çıxıb.

Ümumilikdə, 12-ci mövsümdür ölkə çempionatında iştirak edən futbolçu çıxış etdiyi 5 klubda üst-üstə 35 qol vurub.

Həmin kateqoriyadan