Əfran İsmayılov: Millimizə qətiyyən arxayınlaşmaq olmaz

“Qarabağ” klubunun yarımmmüdafiəçisi Əfran İsmayılov “ay-ulduzlular”ımızın son çıxışlarını dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, onlar nəticənin belə uğurlu alınacağını gözləməyiblər:

“3 oyuna 7 xal bir qədər gözlənilməz oldu. Xoşbəxtlikdən, milli momandımızın işi yaxşı gedir. Amma arxayınlaşmaq olmaz. Uğurlarımızın davamını gətirmək üçün, əlimizdən gələni etməliyik.

Gələn ay bizi Şimali İrlandiya ilə səfər oyunu gözləyir. Oradan da ən azı, bir xalla qayıtmağa çalışacağıq. İnanıram ki, yığmamız üçün hər şey yaxşı olacaq”.

Həmin kateqoriyadan