Əfran İsmayılov sıraya döndü

Azərbaycan kubokunun 1/4 finalının cavab oyununda “Neftçi”ni qəbul edəcək olan “Sumqayıt” hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, bu gün “kimyaçılar” Ayxan Abbasovun rəhbərliyi ilə növbəti məşqini keçirib. 

14-cü turda zədələnən Əfran İsmayılov artıq sıraya dönüb. Şəhriyar Əliyev isə məşqdə iştirak etməyib. Bundan başqa, əvəzedici heyətdən Səbuhi Abdullazadə və Baxşəli Baxşəliyev əsas komandaya cəlb olunub.

1.5 saat davam edən hazırlıqda müxtəlif fiziki və toplu hərəkətlərlə yanaşı bir sıra taktiki gedişlər üzərində də çalışılıb. Dekabrın 19-da keçiriləcək oyun saat 19:00-da başlayacaq.

Həmin kateqoriyadan