Avropa birinciliyinə – Boyanka və 9 “Zirvə”çi ilə

20-29 noyabrda Kiprin Limassol şəhərində 23 yaşlı ağırlıqqaldıranlar arasında Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu yarışda Azərbaycan milli komandası da iştirak edəcək.

Kiprə 5 kişi və elə bu sayda qadın idmançımız yola düşüb. Bunlar Rüstəm İmanzadə, Məhəmməd Məmmədli (hər ikisi – 62 kq), Kənan Əliquliyev, Elşad Şərifov (69 kq), Dadaş Dadaşbəylidir (94 kq), Səbinə Əzimova (48 kq), Gülçin Əlizadə, Boyanka Kostova (53 kq), Elnarə Abbasova (63 kq) və Anastasiya İbrahimlidir (69 kq).

Komandanı yarışa məşqçilər heyətində Hafiz Süleymanov, Tomaş Feher, Elmar Sultanov, Nizami Paşayev və Xannar Nəbiyev aparacaq. Milli adaya noyabrın 20-də yola düşəcək.

Qeyd etmək lazımdır ki, Avropa birinciliyində iştirak edəcək Azərbaycan yığmasının 10 üzvündən 9-u “Zirvə” İdman Klubunun nümayəndəsidir. Boyanka Kostova istisna olmaqla, digər ağırlıqqaldıranlar hazırda bu klubu təmsil edirlər və turnirdə medal qazanmaq üçün yaxşı şansa malikdirlər.

Həmin kateqoriyadan