Ələkbər İmaməliyev ATF-in icraçı direktoru təyin olunub

«Taekvondo federasiyasında icraçı direktor təyin olunmuşam. Əsas işim, məşqçi-müəllimlərə nəzarət etmək olacaq». Bunu allsport.az saytına açıqlamasında milli komandanın keçmiş baş məşqçisi Ələkbər İmaməliyev deyib. Mütəxəssisin sözünə görə, o, bu ildən seminarların təşkilinə başlayacaq:

«Bölgələrdə xeyli məşqçilərimiz var. Onlarla müntəzəm fikir mübadiləsi aprıb, təcrübəmi bölüşəcəyəm. Regionlarda çalışdırıcıların səviyyəsinin artması istiqamətində plan hazırlamışam. İşimi o istiqamətdə aparacağam. Yeni gənc məşqçilərin yetişdirilməsi də plan daxilindədir».

Həmin kateqoriyadan