Əlaqələndirmə komissiyasının sonuncu toplantısı

Milli olimpiya komitəsində gələn ay paytaxtda Avropa gənclər yay olimpiya festivalına hazırlıqla bağlı əlaqələndirmə komissiyasının sonuncu toplantısı keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda gənclər və idman naziri Azad Rəhimov, milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev, təşkilat komitəsinin üzvləri, eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan Avropa olimpiya komitəsi əlaqələndirmə komissiyasının rəhbəri Corce Visaçki və İslandiya milli olimpiya komitəsinin baş katibi xanım Liney Rut Xalldorsdottir, Bosniya və Hersoqovadan Səid Fazlaqiç, Avropa olimpiya komitəsinin idman şöbəsinin rəhbəri Piter Brül və antidopinq komissiyasının idarə heyətinin üzvü Haydar Demirel iştirak ediblər.

Yığıncaqda Bakı-2019-a hazırlıqla bağlı Əməliyyat Komitəsinin gördüyü işlər, idman yarışlarının cədvəli, statistikası, risklərin idarə edilməsi, marketinq kampaniyaları, milli olimpiya komitələri arasında əlaqələrin qurulması və digər mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib. Xatırladaq ki, EYOF iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. İdmanın 10 növü – gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələr sınanılscaq. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Həmin kateqoriyadan