Əlil arabası istifadəçilərinə aykido məşqləri keçilməsi müzakirə olunub

Ölkəmizdə əlil arabası istifadəçiləri üçün yapon döyüş sənəti olan aykido məşqləri keçirilə bilər. Allsport.az saytı xəbər verir ki, belə bir məsələ bu gün milli paralimpiya komitəsində müzakirə olunub. Yaponiyanın aikikai və Türkiyə uşu federasiyasının məşqçisi Engin Ərgin bizimkilərin qonağı olub. Onu komitə prezidenti İlqar Rəhimov və baş katib Kamal Məmmədov qəbul ediblər.

Görüş zamanı aykido mütəxəssisi qeyd edib ki, bu döyüş növünün əlil arabası istifadəçiləri üçün nəzərdə tutulan modifikasiyasını təkmilləşdirib. Artıq dünyanıın bir neçə ölkəsində bu məşqləri keçib. Onun sözünə görə, bu məşqlər əlil arabası istifadəçilərinin özünü müdafiə etmələri üçün olduqca yararlı olub.

Qonağın təklifləri MPK prezidenti İlqar Rəhimov maraqla qarşılayıb. Gələcəkdə bu istiqamətdə əməkdaşlıq perspektivləri müzakirə olunub. 

Həmin kateqoriyadan