Əliş Nəzərov 2-ci oldu, Tokio olimpiadasına lisenziya xalları qazandı

Qahirədə İslam Həmrəyliyi İdman Federasiyasının 5-ci ağırlıqqaldırma çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, Tokio-2020 olimpiya oyunlarına lisenziya xalları verən yarışda millinin 3 üzvü iştirak edib.

102 kq-da ölkəmizi Əliş Nəzərov təmsil edib. O, fəxri kürsüyə qalxmağı bacarıb. Həmyerlimiz toplam 309 kq (142+167) nəticə ilə gümüş medal qazanıb.

96 kq-da körpücük üzərinə 2 idmançımız çıxıb. Nailxan Nəbiyev cəmdə 333 kq (146+187) ilə 6-cı, Kamran İsmayılov isə 325 kq (145+180) ağırlıqla 8-ci yeri tutub.

Həmin kateqoriyadan