Əliyar Ağayevə yunanlardan dəvət

FIFA referisi Əliyar Ağayev Yunanıstandan dəvət alıb. Allsport.az saytı xəbər verir ki, o, super liqada “PAOK” – “Atromitos” matçını idarə edəcək.

32 yaşlı hakimə yan xətlərdə Akif Əmirəli və Rza Məmmədov kömək edəcəklər. Görüş martın 10-da “Tumba” stadionunda 19:15-də başlayacaq.

Həmin kateqoriyadan