Əliyar Ağayevə yeni təyinat

FIFA referilərimiz beynəlxalq turnirlərə təyinat alıblar. Allsport.az saytı xəbər verir ki, Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası mayın 31-dən iyunun 16-dək Fransanın Marsel şəhərində 1997-ci il təvəllüdlü futbolçulardan ibarət milli komandalar arasında təşkil ediləcək beynəlxalq turnirdə iş başında olacaq. 

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Turnirdə İngiltərə, Çili, Yaponiya, Portuqaliya, Braziliya, Fransa, Qatar, Quatemala, Bəhreyin, Çin, İrlandiya, Meksika komandaları iştirak edəcəklər.

Çimərlik futbolu üzrə FİFA referisi Əli Cəbrayılov isə mayın 29-dan iyunun 10-dək Portuqaliyanın Nazare şəhərində təşkil olunacaq Avropa qaliblər kubokuna təyinat alıb.

Həmin kateqoriyadan