Əliyar Ağayev “Ludoqorets” – “Espanyol” matçında

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. Allsport.az saytı xəbər verir ki, o, qitə liqasının qrupunun 3-cü turunda “Ludoqorets” (Bolqarıstan) – “Espanyol” (İspaniya) oyununun baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Oktyabrın 24-də keçiriləcək görüş saat 20:55-də start götürəcək.

Həmin kateqoriyadan