Əliyar Ağayev və köməkçiləri “Vitoriya” – “Zalsburq” oyununda

FİFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb. Allsport.az saytı xəbər verir ki, o, Avropa liqasının qrupunda “Vitoriya” (Portuqaliya) – “Zalsburq” (Avstriya) matçında ədaləti qoruyacaq.

Sentyabrın 14-də Gimaraynşda baş tutacaq görüşdə ona yan xətt hakimləri Zeynal Zeynalovla Rza Məmmədov kömək edəcəklər. Qapı arxasında Rəhim Həsənovla Orxan Məmmədov olacaqlar.

6-cı funksiyası Mübariz Həşimov yerinə yetirəcək.

 

Həmin kateqoriyadan