Əliyar Ağayev “Vitoriya” – “Zalsburq” oyununda cəmi 1 sarı kart göstərib

FİFA referimiz Əliyar Ağayev Avropa liqasında “Vitoriya” (Portuqaliya) – “Zalsburq” (Avstriya) oyununu idarə edib. Allsport.az saytı xəbər verir ki, “İ” qrupu çərçivəsində Gimaraynş şəhərində baş tutan qarşılaşmada tərəflər hərəyə 1 qol vurub, 1 xal qazanıblar.

Matç sakit məcrada keçib və həmyelimiz yalnız biq dəfə əlini cibinə salıb. O, 90-cı dəqiqədə qonaq futbolçusu Lyaytqebə sarı vərəqə göstərib.

Oyunun yan xətt hakimləri Zeynal Zeynalovla Rza Məmmədov, qapı yanında Rəhim Həsənovla Orxan Məmmədov olublar. Altıncı hakim funksiyasını Mübariz Həşimov yerinə yetirib.

Həmin kateqoriyadan