Əmircanov “Acıbadəm”də əməliyyat olundu

Azərbaycan milli komandası və “Qəbələ” klubunun futbolçusu Ruslan Əmircanov Türkiyədə əməliyyat olunub. Allsport.az xəbər verir ki, 29 yaşlı müdafiəçinin əməliyyatı İstanbulda – “Acıbadəm” Fulya Xəstəxanasında baş tutub.

Travmotoloq-cərrah professor Ömer Taşer tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Əmircanovun 1 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində AÇ-2016-nın seçmə mərhələsinin İtaliya və Xorvatiya ilə oyunları öncəsi Almaniyada toplanış keçən zaman xəsarət alan Ruslan təxminən 2 aydır zədədən əziyyət çəkirdi. Menisk problemi ilə Türkiyəyə yollanan futbolçunun müayinəsi onun meniskində yırtığın olmasını, əməliyyatının zəruriliyini üzə çıxarıb.

Həmin kateqoriyadan