Əmrah Çəlikəl: “Qarabağ”ın “Azərsun”, “Azərçay” və “Bizim tarla”dan başqa sponsoru yoxdur

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl Türkiyənin “Damad” şirkətinin prezidentinin klubu himayədarlıq etməsi ilə bağlı xəbərə münasibət bildirib. Allsport.az saytının məlumatına görə, o, komandamızın “Azərsun”, “Azərçay” və “Bizim tarla”dan başqa sponsoru olmadığını deyib:

“Doğrudur, ötən illərdə “Damad” şirkəti ilə görüşlərimiz olub, amma aramızda hansısa sponsorluq anlaşması imzalanmayıb. Ola bilsin şirkətin prezidenti olanları səhv xatırlayıb.

“Qarabağ”ın qapıları, əlbəttə, yeni sponsorlara açıqdır. Amma hal-hazırda, artıq qeyd etdiyim kimi, “Azərsun”, “Azərçay” və “Bizim tarla”dan başqa sponsorumuz yoxdur”.

Həmin kateqoriyadan