Ən ağır çəkili qadın cüdoçumuz 3-cü yer tutdu, hesabına 500 əmsal xalı əlavə etdi

Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük dəbilqə” başa çatıb. Allsport.az saytı xəbər verir ki, qadınların yarışında İrina Kindzerska (+78 kq) 3-cü yer tutub. O, 2 həftə əvvəl Parisdə eyni yarışda da bürünc medal qazanmışdı.

Qeyd edək ki, “Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanırlar.

Həmin kateqoriyadan