Ən yaxşı nəticəni Nikita Simonov göstərib

Qətərin paytaxtı Dohada idman gimnastikası üzrə 48-ci dünya çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan komandası Murad Ağarzayev, Timur Bayramov, Dari Morozov, İvan Tixonov, Nikita Simonov və Marina Nekrasova ilə təmsil olunub.

Ən yaxşı nəticəni adı 5-ci çəkilən idmançımız göstərib. O, halqalarla 194 iştirakçı arasında 7-ci yeri tutub. Qarşıda millini növbəti ciddi snaq, Tokio oyunlarına təsnifat yarışları gözləyir.

Həmin kateqoriyadan