Ərsun Yanal: Ramil Şeydayevə Türkiyə çempionatını öyrənməsi lazımdır

Türkiyənin “Trabzonspor” klubunun baş məşqçisi Ərsun Yanal Ramil Şeydayevə hələ meydanda şans verməməsinə aydınlıq gətirib. Allsport.az saytı xəbər verir ki, o, yerli mətbuata açıqlamasında Azərbaycan millisinin hücumçusu barədə bunu deyib:

“Bu yay çox az oyunçu aldıq. Vaxtımız da az idi. Hələ xidmətindən yararlanmadığımız bir neçə oyunçu var. Məsələn, Ramil gənc oyunçudur, hələ ondan yararlanmamışıq. Onun Türkiyə çempionatını öyrənməsi lazımdır”.

Həmin kateqoriyadan