Ərtuğrul Sağlam “qırmızı qurdlar”da sülhlə başlayıb

İran premyer-liqasında 21-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Təbrizin “Traktorsazi” klubu səfərdə “Siah Jameqan”la qolsuz heç-heçə edib. Bu, türkiyəli mütəxəssis Ərtuğrul Sağlamın “qırmızı qurdlar”ın başında ilk sınağı olub.

Güney Azərbaycanın digər təmsilçisi “Göstəriş” Təbrizdə paytaxt “Naft”ı ilə sülh bağlayıb. Adı çəkilən komanda 29 xalla 16 klub arasında 7-ci, “traktorçular” 22 xalla 11-ci yerdədirlər.

Həmin kateqoriyadan