Əsas kişi yığmamız Yunanıstanla heç-heçə edib

Bu gün Ümumdünya Şahmat Olimpiadasında 6-cı turunun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, kişilərdən ibarət əsas millimiz Yunanıstanla qarşılaşıb. Ötən tur Hindistana uduzan komandamız bu dəfə də xal itkisinə məruz qalıb.

Kişilər, VI tur

Yunanıstan (2584) – Azərbaycan-1 (2705) – 2:2

Dimitrios Mastrovasilis (2601) – Şəhriyar Məmmədyarov (2761) – 0.5:0.5
Xristos Banikas (2571) – Teymur Rəcəbov (2722) – 0.5:0.5
Azanasios Mastrovasilis (2555) – Arkadi Naydiç (2696) – 1:0
Stelios Halkias (2565) – Eltac Səfərli (2666) – 0:1

Rumıniya (2572) – Azərbaycan-2 (2576) – 2.5:1.5

Konstantin Lupulesku (2618) – Vasif Durarbəyli (2612) – 1:0
Mirka-Emilian Parliqras (2595) – Nicat Abasov (2552) – 1:0
Boqdan-Daniel Deas (2524) – Qədir Hüseynov (2625) – 0.5:0.5
Mihail Marin (2572) – Namiq Quliyev (2577) 0:1

Qana (1958) – Azərbaycan-3 (2350) – 0:4

Erik Anquanda (1951) – Vüqar Əsədli (2406) – 0:1
Jon Koyo Hasford (1970) – Abdulla Qədimbəyli (2294) – 0:1
Yosef Yamena (1992) – Məhəmməd Muradlı (2331) – 0:1
Edvard Tompson (1889) – Pərviz Qasımov (2323) – 0:1

Yarış cədvəli: 1.Hindistan – 12 xal, 2.ABŞ – 11, 3.Niderland, Çex Respublikası…..Rumıniya – 10, 13.Azərbaycan-1 – 13, 34.Azərbaycan-2 – 8, 86.Azərbaycan-3 – 6.

Həmin kateqoriyadan