“Əsas vaxtda imkanları dəyərləndirə bilsəydik, penaltilər olmayacaqdı”

Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirilən “Sumqayıt” – “Bakı” oyunu gərginliyi ilə yadda qaldı. Allsport.az xəbər verir ki, penaltilər seriyasında qələbə qazanan “Bakı” adını növbəti mərhələyə yazdırdı.

Qarşılaşmadan sonra hər iki komandanın baş məşqçisi fikirlərini açıqlayıblar:

İbrahim Uzunca (“Bakı”nın baş məşqçisi): “Bu hava şəraitində oynamaq çətin idi. Mübarizəli bir oyun oldu. Hər iki komandanın oyunçularını təbrik edirəm. Oyunun taleyi penaltilərdə həll olundu. Biz bu qələbəni 50 illik yubileyini qeyd edən prezidentimiz Hafiz Məmmədova hədiyyə edirik”.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Oyun barədə onu deyim ki, biz rəqibdən üstün idik. Əgər əsas vaxtda imkanları dəyərləndirə bilsəydik, penaltilər olmayacaqdı. Biz bu gün yaxşı oynadıq. Komandamın çıxışından razıyam. Penaltilər bəxtə bağlıdır. Bəxtimiz gətirmədi”.

Həmin kateqoriyadan