Əsgər Abdullayev: “Futbolçulardan razı qalmadım”

Topaz Premyer liqasının VIII turunda doğma meydançasında AzAL-ı qəbul edən “Araz Naxçıvan”, 1 xal qazandı. Allsport.az saytı xəbər verir ki, 2:2 hesabı ilə başa çatan oyundan sonra əyalən komandasının baş məşqçisi Əsgər Abdullayev bunu deyib.

“Futbolçulardan razı qalmadım. Çünki tapşırıqlarımı tam yerinə yetirə bilmədilər. Lakin biz rəqibə nisbətən daha çox hücum etdik. Son dəqiqələrdə Tərlan Xəlilov əlverişli epizoddan yararlana bilsəydi, qələbə qazanacaqdıq. Bütün bunları nəzərə alıb, deyim ki, iki xal itirdik.

Oyuna fərqli taktika ilə çıxmışdıq. Amma qol buraxdıqdan sonra erkən əvəzləmələr edib, David Janelidze və Bəxtiyar Soltanovu hücumda oynatdım. Bizi qarşıda çətin oyunlar gözləyir. Ona görə də Azərbaycan Kubokundakı rəqibimiz “Xəzər Lənkəran”la bağlı danışmaq itəmirəm”.

 

Həmin kateqoriyadan