Əsgərxan Novruzovlu millidən möhtəşəm nəticə: 5 sərbəst güləşçimizin 4-ü finalda!

Afinada yeniyetmələrin dünya birinciliyi sona çatmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, son mərhələdə mübarizəyə sərbəst güləşçilər qoşulublar. Böyük məşqçi Əsgərxan Novruzovlu millimiz möhtəşəm nəticə göstərib.

Bu növdə yarışa qoşulan 5 təmsilçimizdən 4-ü finala çıxıb – Əlihəsən Əmirli (42 kq), Mahir Məmmədzadə (50 kq), Turan Bayramov (58 kq) və Davud İbahimov (69 kq) həlledici mərhələyə adlayıblar.

Bizdən yalnız Fuad Mayılov (85 kq) büdrəyib. O, 1/4 finalda özbəkistanlı rəqibinə yenilib.

Həmin kateqoriyadan