Əsgərxan Novruzovun komandası qitə çempionatında komanda hesabında 2-ci olub

İtaliyanın Faenza şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyində sərbəst üsulla güləşənlərimiz də fərqləniblər. Allsport.az saytı xəbər verir ki, Əsgərxan Novruzovun rəhbərlik eydiyi millimiz 153 xalla 2-ci olub. Rusiya 190 xalla 1-ci, Gürcüstan yığması 140 xalla 3-cü yeri tutub.

Xatırladaq ki, bizdən Sabir Cəfərov (60 kq) Avropa çempionu olub. Murad Haqverdiyev (45 kq) ilə Cəbrayıl Hacıyev (65 kq) gümüş, Kənan Heybətov (51 kq), Zirəddin Bayramov (55 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsibli (110 kq) bürünc medal qazanıblar.

Həmin kateqoriyadan