Аzərbаycаn pоlisinin 100-illiyi münasibəti ilə DİN əməkdaşları arasında cüdo çempionatı

Аzərbаycаn pоlisinin 100-illiyi münasibəti ilə Daxili İşlər Nazirliyinin əməkdaşları arasında cüdo çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, DİN İC-nin sədri, olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftəhəddinova açılışda çıxış edərək, bu sahədə çalışanların ümummilli lider Heydər Əliyevin dövlətçilik xəttinə, prezident İlham Əliyevin müdrik siyasətinə həmişə sadiq olduğunu xatırladıb. O, bunun daxili işlər orqanlarının əməkdaşları üçün böyük şərəf və qürur mənbəyi olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, ötən 100 ildə Azərbaycan polisinin xalqa sədaqətlə xidmət etməsi, öz vəzifələrini daim ləyaqətlə yerinə yetirərək xalqın mənafelərini qoruması, müstəqillik illərində əldə etdiyi yüksək nəticələrlə hazırda ölkəmiz MDB məkanında, həmçinin Şərqi Avropa bölgəsində cinayətlərin sayının azlığı, sabitliyin etibarlı təminatı baxımından ən yaxşı göstəriciyə malik dövlətdir.

“Dinamo”da keçirilən yarışda ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən 10 komandanın heyətində 80 idmançı qələbə uğrunda mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda iştirakçılar arasında qaliblər müəyyənləşib. Komanda birinciliyində ilk üçlükdə Əlahiddə Çevik Polis Alayının, DİN Daxili Qoşunlarının Baş İdarəsinin və Polis Akademiyası yer alıb.

Şəxsi rəqabətdə K.Məmmədli (60 kq, DQ), R.Diniyev (66 kq, PA), F.Mikayılov (73 kq, Gəncə ŞBPİ), A.Fətullayev (81 kq, ƏÇPA), H.Cəbiyev (90 kq, ƏÇPA), K.Abdullaxanlı (100 kq, BMİ) və A.Mehrəliyev (+100 kq, ƏÇPA) çempion olublar. Sonda qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Həmin kateqoriyadan