1-ci Avropa Oyunlarında triatlon Bilgəhdə keçiriləcək

1-ci Avropa Oyunları proqramına daxil olan triatlon yarışının keçiriləcəyi qurğunun məlum olub. Allsport.az saytı xəbər verir ki, qitənin 130 ən güclü idmançısının qızıl medal uğrunda mübarizə aparacağı bu yarış, Bakının mərkəzindən şimalda yerləşən Bilgəh çimərliyində keçiriləcək. 1500 metr üzgüçülük, 40 kilometr velosiped və 10 kilometr qaçış yarışlarını özündə birləşdirən bu İdman növünün ilk Avropa Oyunlarının ən məşhur yarışlarından biri olacağı gözlənilir.

Cənab Saymon Kleq, Bakı 2015-in Əməliyyatlar üzrə Baş Direktoru bu barədə nelə deyib: “Biz böyük məmnuniyyətlə gələn il keçiriləcək İlk Avropa Oyunlarının Triatlon yarışı barədə təfərrüatları təsdiq edirik. Kişi və qadınlar arasında keçiriləcək yarışların qaliblərinə avtomatik olaraq Rio 2016 Olimpiya Oyunlarına kvalifikasiya qazandıracaq. Bu baxımdan biz idmançıların yarışacaqları elit oyun meydançasının gözəl yarış obyekti olduğunu sübut edəcəyinə inanırıq. Atletlər Kəndinin yaxınlığında yerləşən Bilgəh çimərliyi gözəl dənizkənarı istirahət mərkəzi kimi həm yerli insanlar, həm də turistlər arasında məşhurdur”.

Beynəlxalq Triatlon Birliyinin Prezidenti xanım Marisol Kasado deyib: “Bakı 2015 Avropa Oyunları bu yarış üçün belə yüksək səviyyəli İdman obyekti hazırladığı üçün biz çox sevinirik. Yüksək səviyyəli idman yarışının keçirilməsi və eləcə də, gözlənilən geniş tamaçaşı kütləsinin yerləşdirilməsi imkanına malik olan bu məkan böyük rəğbət hissi ilə qarşılandı”.

Avropa Triatlon Birliyinin Prezidenti cənab Renato Bertrandi əlavə edib: “Şübhəsiz ki, qitənin idmançıları Obyektin keyfiyyətindən məmnun qalacaqlar və biz artıq gələn il keçiriləcək İlk Avropa Oyunlarını səbirsizliklə gözləyirik. İki gün davam edəcək yarış gələn il açılış həftəsinin sonunda – şənbə günü 13 iyun və bazar günü 14 iyun tarixlərində baş tutacaq”.

Bakı 2015-in İdman şöbəsinin direktoru cənab Pirs O’Kallahan deyib: “Triatlon tərzinə görə həyəcanverici idman növüdür və Bilgəh çimərliyi Avropa Oyunları idman proqramının ən parlaq hadisələrindən biri olacaq Triatlon yarışı üçün əla məkandır. Suyun keyfiyyəti ilə bağlı aparılan hazırkı sınaqlar mükəmməl nəticələr göstərib və biz əminik ki, ilk Avropa Oyunları zamanı yüksək təəssürat yaradan tamaşa məkanında valehedici yarışlar keçiriləcək”.

Həmin kateqoriyadan