1-ci divizionda 14 komanda

Yeni mövsümdə Azərbaycan 1-ci divizionunda mübarizə aparacaq klublar müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, yarışda 14 komanda iştirak edəcək.

Bunlar “Kəpəz”, “Qaradağ Lökbatan”, “Şüvəlan”, MOİK, “Turan Tovuz”, “Ağsu”, “Zaqatala”, “Səbail” -2, “Zirə -2”, “Qarabağ -2”, “Keşlə -2”, “Sumqayıt – 2”, “Neftçi – 2” və “Sabah -2”dir.

Püşatma mərasimi sabah saat 13:00-da başlayacaq.

Həmin kateqoriyadan