10 liqada 3289 futbolçu meydana çıxıb

AFFA-nın təşkil etdiyi U-10, U-11, U-12, Coca-Cola U-13 və Kapital bank U-14, Boulevard Hotel U-15,  U-16, Bakcel U-17, gənclər liqalarında və “Koka-Koka məktəbli kuboku”nda ötən həftə ümumilikdə 253 oyun keçirilib.

Allsport.az saytı xəbər verir ki, bu oyunlar zamanı 3289 futbolçu meydana çıxıb.

Liqaların görüşləri 12 mərkəzləşdirilmiş regionda –  Bakı, Sumqayıt, Cəlilabad, Lənkəran, Quba, Mingəçevir, Qax, Qəbələ, Gəncə, Tovuz, İmişli və Ağsuda keçirilir.

Həmin kateqoriyadan