10 oyun, 14078 azarkeş

Topaz premyer liqasında cari mövsümü sona çatmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, geridə qalan 23 turu ərzində “Sumqayıt” 11 qələbə, 6 heç-heçə və 6 məğlubiyyətlə 39 xal toplayıb və 3-cü pillədə qərarlaşıb. Komanda cəmi 10 ev oyunu keçirib. Ümumilikdə, bu matçları  14078 nəfər azarkeş tribunalardan izləyib.

“Kimyaçılar” bütün azarkeşlərinə komandanı tək buraxmadıqları üçün təşəkkür edib. Həmçinin sözügedən klub bütün azarkeşlərini aprelin 18-də Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında doğma meydanda baş tutacaq “Sumqayıt” – “Keşlə” matçında komandanın yanında olmağa dəvət edib. Oyun saat 17:00-da start götürəcək:

1. “Sumqayıt” – “Kəpəz” (1326 azarkeş)
2. “Sumqayıt” – “Neftçi” (1500 azarkeş)
3. “Sumqayıt” – “Qəbələ” (1300 azarkeş)
4. “Sumqayıt” – “Zirə” (1300 azarkeş)
5. “Sumqayıt” – “Keşlə” (1200 azarkeş)
6. “Sumqayıt” – “Səbail” (1326 azarkeş)
7. “Sumqayıt” – “Neftçi” (1300 azarkeş)
8. “Sumqayıt” – “Qarabağ” (1326 azarkeş)
9. “Sumqayıt” – “Kəpəz” (1000 azarkeş)
10. “Sumqayıt” – “Keşlə” (2500 azarkeş)

Həmin kateqoriyadan