10 “təkli”, 31 “canlı” oyun

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan “Topaz”ın bugünkü proqramında da milli komandalar səviyyəsində oyunlar üstünlük təşkil edir. Allsport.az saytı xəbər verir ki, proqnozsevərlərə təklif olunan 97 görüş arasında Almaniya, Hollandiya, İspaniya, Avstriya, Rusiya və Braziliyanın aşağı liqalarının matçları olsa da, əsas diqqət təbii ki, yığmaların oyunlarınadır.

Bugünkü proqramda millətlər liqasının 7, Afrika millətlər kubokunun 10, U-21-lər arasında seçmə mərhələnin isə 14 qarşılaşması yer alıb. Həmçinin əsas yığmalar səviyyəsində 7 yoldaşlıq matçına da “Topaz”da mərc etmək mümkündür. Ümumilikdə, proqramdakı oyunlardan 10-una “təkli”, 31-nə isə canlı mərc qəbul olunur.

Günün əsas qarşılaşması Xorvatiya – İngiltərə duelidir. Millətlər Liqasında 4-cü qrupda yer alan bu komandaların hər ikisi İspaniyaya uduzub. Axşamkı dueldə tərəflərdən biri və ya hər ikisi ilk xalını (xallarını) qazanacaq. Maraqlıdır ki, indiyədək bu komandalar arasında keçirilən 6 görüşdən yalnız birində heç-heçə qeydə alınıb ki, o da 3 ay əvvələ – son dünya çempionatının yarımfinalına təsadüf edir. Həmin oyunun əsas vaxtı 1:1 bitsə də, əlavə vaxtda Mario Mancukiçin vurduğu qol xorvatları fiinala çıxarmışdı. Ümumiyyətlə, baş tutan 6 dueldə tərəflərin bərabər sayda qələbəsi var. Sadəcə, ingilislərin vurulan topların sayında üstünlüyü var: 16:11. Yeri gəlmişkən, Xorvatiya – İngiltərə görüşləri həmişə məhsuldarlığı ilə seçilib. 6 matçdan 4-ü “üst” bitib. Digər 2 görüşdə isə iki top vurulub. Statistikanın “hökm”ü özünü doğrultsa, “Topaz” vasitəsilə yaxşı qazanmaq olar. Belə ki, “Topaz” bu matçın “üst”ü üçün 2.25 əmsal müəyyənləşdirib. “Alt”ın əmsalı isə 1.55-dir. Digər əmsallar da cəlbedicidir: Xorvatiyanın qələbəsi 2.50, heç-heçə 2.95, İngiltərənin qələbəsi 2.80.

Gecənin digər maraqlı görüşlərindən Belçika – İsveçrə (kod 185, saat 22:45), Avstriya – Şimali İrlandiya (kod 183, saat 22:45), Yunanıstan – Macarıstan (kod 182, saat 22:45) və Peru – Çili (kod 203, saat 04:30) matçlarına da “Topaz” “təkli oyun” statusu verib. Təklif bizdən, qazanmaq sizdən. Uğurlar!!!

Həmin kateqoriyadan