100-cü səfər heç-heçəsi

“Qarabağ” ölkə çempionatları tarixində 100-cü səfər heç-heçəsini edib. Allsport.az saytı xəbər verir ki, yubiley bərabərliyi 8-ci turda “Qəbələ” ilə görüşdə qeydə alınıb (1:1).

Mövsümdə ilk dəfə 1 xalla kifayətlənən Ağdam klubu 1992-ci ildən iştirak etdiyi yarışdakı 387-ci səfər qarşılaşmasında 100-cü dəfə “sülh”lə barışıb. “Qarabağ” çempionatın tarixində rəqib meydanında ən çox heç-heçə edən komandadı.

7-qat Azərbaycan çempionunun səfərdə ilk bərabərliyi 1992-ci il mayın 25-də “Avey”lə görüşdə qeydə alınıb. “Qəbələ”nin vurduğu top isə “Qarabağ”ın səfərdə buraxdığı 350-ci qol olub. Bu topu Qismət Alıyev vurub.

Həmin kateqoriyadan