“1625 Liepaya” sevindi, Vüqar Əsgərov 2 dəfə fərqləndi

Latviya 1-ci liqasında 23-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun komandası – “1625 Liepaya” klubu da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Yekabpils” ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 5:2 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan və sonadək mübarizə aparan Vüqar bu görüşdə dubla imza atıb.

O, 43-cü dəqiqədə hesabı bərabərləşdirib (1:1), 59-cu dəqiqədə isə hesabı 3:1 edib. Qeyd edək ki, bu, Əsgərovun yayda keçdiyi “1625 Liepaya” klubunda qısa müddət ərzində 13-cü qoludur. Onun komandası isə 49 xalla 16 klub arasında 4-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan