Dağıstanda 17 sərbəst güləşçimizdən yalnız 3-ü fərqlənib

Dağıstan respublikasının Kaspiysk şəhərində 5-qat dünya çempionu Əli Əliyevin xatirəsinə ənənəvi beynəlxalq yarış sona çatıb. Allsport.az saytı xəbər verir ki, 17 sərbəst güləşçidən ibarət komandamız bu sınaqda 2 qızıl və 1 gümüş qazanıb.

Hacımurad Hacıyev (70 kq) və İbrahim Yusubov (79 kq) bütün rəqiblərinə qalib gəliblər. Aslanbəyk Alborov (92 kq) 2-ci yerlə kifayətlənib.

Həmin kateqoriyadan