Berti Foqts kimlərə imkan verdi?

Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Palermoda yerli İtaliya, oktyabrın 13-də Xorvatiyanın Osiyek şəhərində bu ölkənin milli komandası ilə qarşılaşacaq “ay-ulduzlularımız”ın heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, həmin oyunlarla bağlı Azərbaycan millisinin oktyabrın 3-dən 8-dək Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçəcək.

Məşqçilər korpusu yığmaya 25 futbolçu dəvət edib. Bu futbolçulardan üçü – Ufuq Budaq, Daşqın İltər və Dmitri Nəzərov hazırlığa oktyabrın 4-də qoşulacaq. Berti Foqtsun siyahısında zədəli Rəşad Sadıqovdan başqa, daha iki aparıcı oyunçu yoxdur. Vitse-kapitan Mahir Şükürov və Vaqif Cavadov “25-lik”də yer almayıb. Klubunda heyətə düşə bilməyən Cihan Özqara da bu dəfə lazım olmayıb.

Əvəzində, Bolqarıstanla sentyabrın 9-da keçirilən oyuna çağırılmayan. Adları ehtiyat oyunçular siyahısında olan 4 futbolçu – Abdulla Abatsiyev, Ağabala Ramazanov. Elnur Alalhverdiyev və İltər Daşqın bu dəfə səfərə aparılacaq. U-21-in üzvü Məhəməd Qurbanov isə ilk dəfə əsas komandaya çağırılıb.

Qapıçılar: Kamran Ağayev (“Qəbələ”), Səlahət Ağayev (“İnter”), Emil Balayev  (“Neftçi”)

Müdafiəçilər: Bədavi Hüseynov, Maksim Medvedev, Tərlan Quliyev (hamısı – “Qarabağ”), Rasim Ramaldanov (“Xəzər Lənkəran”), Elvin Yunuszadə, Elnur Allahverdiyev (“Neftçi”), İlkin Qırtımov (“Simurq”), Ruslan Əmircanov (“Qəbələ”), Ufuq Budaq (“Qaziantəp BB”, Türkiyə)

Yarımmüdafiəçilər: Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Ruslan Abışov, Cavid Hüseynov (“Qəbələ”), Qara Qarayev (“Qarabağ”), Araz Abdullayev (“Neftçi”), Daşqın İltər (“Ayntraxt” Braunşveyq, Almaniya), Abdulla Abatsiyev (“İnter”)

Hücumçular: Vüqar Nadirov (“Qarabağ”), Rauf Əliyev, Ağabala Ramazanov (“Xəzər Lənkəran”), Rüfət Dadaşov (“Saarbrükken”, Almaniya), Dmitri Nəzərov (“Karlsrue”, Almaniya), Məhəmməd Qurbanov (“Sumqayıt”).

Həmin kateqoriyadan