19 yaşlı milli futbolçumuz Fərid Nəbiyev Praqa “Slaviya”sına keçib

Azərbaycanlı futbolçu Fərid Nəbiyev Çex respublikasının 1-ci liqasında çıxış edən “Slaviya”sına keçib. Allsport.az saytı xəbər verir ki, həmyerlimiz Praqa təmsilçisi ilə 3 illik sözləşmə imzalayıb.
19 yaşlı milli üzvümüz Dunay sahillərində tək olmayacaq. Bu ölkənin yüksək dəstəsində mübarizə aparan digər komanda, Boleslav “Mlada”sında qapıçımız Kamran Ağayev forma geyinir.
Hazırda “Slaviya” 11 xalla ölkə çempionatında 2-cidir.

Həmin kateqoriyadan