19 yaşlılarımız Norveçə qarşı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün ilk oyununu keçirəcək.

Allsport.az xəbər verir ki, Frydek-Mistek şəhərində yerləşən Stovky stadionunda komandamız Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. 

Oyunu baş hakim Fran Joviç (Xorvatiya) idarə edəcək. Ona Hrvoje Radiç (Xorvatiya), Radim Dresler (Çexiya) və Jan Petrik (Çexiya) köməklik edəcək.

Qeyd edək ki, qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək.

Həmin kateqoriyadan