2 boksçumuz 1/4 finalda

Rusiyanın Yekaterinburq şəhərində boksçuların dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, gərgin mübarizədə 2 milli üzvü 1/4 finala adlayıb.

81-da Dominqes Alfonso avstriyalı legionçu Ömər Cambəyovu 4:1 məğlub edib. O, növbəti döyüşdə özbəkistanlı Dilşadbəy Ruzmetovla qarşılaşacaq.

Məhəmməd Abdullayev (+91 kq) misirli Yəsri Rəzk Mustafanı 3:2 yenib. O, 1/4 finalda avstraliyalı Justis Huni ilə gücünü sınayacaq.

Digər 2 boksçumuz Məsud Yusifzadə (52 kq) və Tayfur Əliyev (57 kq) 1/8 finalda uduzublar.

Xatırladaq ki, 8 boksçumuzun iştirak etdiyi mundialda Bəxtiyar Qazıbəyov (63 kq), Lorenzo Sotomayor (69 kq), Amin Kuşkov (75 kq) və İsmayıl Yaqubov (91 kq) məğlub olaraq mübarizəni dayandırıblar.

Həmin kateqoriyadan