2-ci Avropa və dünya çimərlik oyunlarına heyət bəllidir

Bu ilin yayında Minskdə 2-ci Avropa oyunlarına və payızda ABŞ-in San Dieqo şəhərində dünya çimərlik oyunlarına vəsiqə qazanan Azərbaycan karateçilərinin adları açıqlanıb. 

Allsport.az saytı xəbər verir ki, 21-30 iyunda 50 ölkədən 4000-dən artıq idmançının 15 növ üzrə mübarizə aparacağı yarışda 6 karateçimiz iştirak edəcək. Kumitedə ölkəmizi Firdovsi Fərzəliyev (60 kq), Rafael Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq) eləcə də Nuranə Əliyeva (50 kq) və İrina Zaretska (68 kq), katada Roman Heydərov təmsil edəcəklər.

Kimino ustalarımız əsasən ötən günlərdə İspaniyada son qitə çempionatında qazandıqları reytinq xalları ilə Avropa oyunlarında iştirak etmək hüququ qazanıblar. Bu növdə rəqabət 29-30 iyun tarixlərində Minskin “Çijovka” arenasında keçiriləcək.

Son Avropa üçüncüsü Roman Heydərovun nəticəsi ona həm də ANOC-da çıxış etmək fürsəti verib. San Diyeqoda karate turniri 10-11 oktyabrda olacaq. 

Həmin kateqoriyadan