2-ci heyət İspaniyada gücünü yoxlayır

8-12 fevralda karate millimizin 2-ci heyətinin 6 üzvü İspaniyanın Qvadalaxara şəhərində yarışda iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, məşqçisi Qurban Tağıyevin rəhbərliyi ilə Pireneyə Elcan Məmmədrzayev (60 kq), Rafiz Həsənov (67 kq), Samir Məmmədov və Novruz Əliyev (hər ikisi – 75 kq), Pənah Abdullayev (84 kq) və Fidan Teymurova (50 kq) yollanacaqlar.

İspaniyada bu “A seriya” yarışı Dünya Karate Federasiyasının (WKF) 2018-ci ildə nəzərdə tutduğu 4 yeni turnirdən birincisidir. Milli komandanın əsas heyəti isə gələn həftəsonu Dubayda daha nüfuzlu Karate1 premyer liqasına hazırlığı davam etdirir.

Həmin kateqoriyadan