2-ci heyət Xasavyurdda güləşəcək

16-18 noyabrda Dağıstanın Xasavyurd şəhərində sərbəst güləş üzrə qitələrarası kubok uğrunda yarışı keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, ölkəmizi bu yarışda məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi ilə Mircəlal Həsənzadə, İslam Bazarqanov, Əliabbas Rzazadə (hər üçü- 57 kq), İntiqam Vəlizadə (61 kq), Ənvərbəy Dalqatov (65 kq), Gitinoməhəmməd Hacıyev, Ağahüseyn Mustafayev (70 kq), Coşqun Əzimov (74 kq), Elçin Məmmədov, Ravil Babazadə, Abdulmuslim Məmmədov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Məhəmmədhacı Xatıyev, Cavid Sadıqov (92 kq) və Roman Bəkirov (97 kq) təmsil edəcək.

2-ci dərəcəli beynəlxalq hakimlər Elman İsmayılov, Vüqar Şükürov, Vaqif Zeynallı və Kamran Əliyev və 3-cü kateqoriyalı beynəlxalq referi  Allahverdiyev turnirdə ədaləti qoruyacaqlar.

Həmin kateqoriyadan