2-ci karyera yarmarkasına start

Bu gün Bakı şəhər halqası əməliyyat şirkətinin akademiyasında Amerika ticarət palatasının birgə təşkilatçılığı əsasında “Böyük imkanlara kiçik addım” adlı 2-ci karyera yarmarkasının açılışı olub.

Allsport.az saytı xəbər verir ki, tədbirdə BŞH-nin insan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova iştirakçıları salamlayıb və gənclər üçün yaratdığı imkanlar barədə iştirakçılara ətraflı məlumat verib. BŞH rəsmisi gənclərin arzuladıqları işi tapmasına dəstək olmaq üçün tədbirə qatılan şirkət və qurumlara rəhbərlik etdiyi akademiya adından təşəkkürünü bildirib. Sonra “AmCham Azərbaycan”ın icraçı direktoru Natəvan Məmmədova söz alıb.

Açılışın sonunda tədbirə işəgötürən qismində qatılan 30-a yaxın şirkət və qurum işaxtaran gənclərə yarmarkaya çıxarılan vakansiya və təcrübə imkanları barədə ətraflı məlumat verib. 2 gün davam edəcək (29-30 oktyabr) yarmarkaya ümumilikdə 1500-ə yaxın gəncin gələcəyi
gözlənilir.

Həmin kateqoriyadan