2-ci turda da bütün partiyalar sülhlə bitib

Vüqar Həşimovun xatirəsinə “Shamkir Chess-2018” superturnirinin 2-ci turu bitib. Allsport.az saytı xəbər verir ki, turda ilk gedişi Maqnus Karlsen ilə David Navaranın partiyasında Vüqar Həşimovun bacısı oğlu Xanlar Allahverdiyev edib.

İlk turda olduğu kimi, bu dəfə də bütün görüşlərdə heç-heçə qeydə alınıb. Teymur Rəcəbov Rauf Məmmədovla, Şəhriyar Məmmədyarov polşalı Radoslav Voytaşekla sülh bağlayıb.

Norveçli dünya çempionu Maqnus Karlsen çex David Navara, rusiyalı Sergey Karyakin çinli Dinq Liren və Bolqarıstan şahmatçısı Veselin Topalov niderlandlı Aniş Giri ilə xalı yarı bölüblər.

Hazırda bütün şətrənc ustalarının hesabında 1 xal var. Turnir İsveçrə sistemi üzrə 9 turdan ibarətdir.

Həmin kateqoriyadan