2 federasiya prezidentinə yeni vəzifə

Qılıncoynatma və badminton federasiyalarının prezidenti Mikayıl Cabbarov yeni vəzifəyə keçib. Allsport.az saytı xəbər verir ki, ölkə başçısı İlham Əliyev sərəncamı ilə o, iqtisadiyyat naziri təyin edilib. Dövlət rəsmisi eyni zamanda, vergilər naziri idi.

Azərbaycan prezidentinin imzaladığı fərmanla isə vergilər nazirliyi, əmlak məsələləri dövlət komitəsi və antiinhisar və istehlak bazarına nəzarət dövlət agentliyi müvafiq dövlət xidmətləri statusunda iqtisadiyyat nazirliyinin strukturuna daxil edilib.

Bu nazirliyə stolüstü tennis federasiyasının prezidenti Şahin Mustafayev rəhbərlik edib. O, sərəncamla baş nazirinin müavini vəzifəsinə təyin olunub.

Həmin kateqoriyadan