2 qardaş – milli həndbolçumuzun mübarizəsindən kim qalib çıxdı?

Bu gün kişilərdən ibarət milli komandamızın mərkəz həndbolçuları Türkiyə Super Liqasında çıxış etdikləri klublarda növbəti oyunlarını keçiriblər.

Allsport.az saytı xəbər verir ki, 10-cu turda Oleq Georgiyevskinin şərəfini qoruduğu «Trabzonspor», səfərdə qardaşı Sergeyin formasını geyindiyi «Antalya» komandası ilə qarşılaşıb.

Gərgin oyunda cənublular 1 top üstünlüyü ilə sevinən tərəf olublar – 28:27. Bu matçı Türkiyənin NTVSpor telekanalı canlı yayımlayıb.

Qələbəyə baxmayaraq, «Antalya» yarış cədvəlində aşağı pillələrdən qurtula bilməyib. Cənublular 6 xalla 12-ci yerdədir. Qaradənizlilər 8 xalla 8-cidir.

Həmin kateqoriyadan