2-qat dünya çempionu: Evdə uşaqlar dedilər ki, yaponu udmadan dönmə

Qadın güləşimizin əvəzolunmaz öncülü Mariya Stadnik Nur-Sultanda keçirilən dünya çempionatında qızıl medal qazandı. Maraqlıdır ki, olimpiya mükafatçısı bu uğura yetişmək üçün, düz, 10 il gözləməli oldu. Qazaxıstan paytaxtında ona bəxt amili də kömək etdi. 50 kq-da çinli Yanan Sun 1/4 finalda yaponiyalı Yuki İrie 13:12 yenərək idmançımıızn yolunu açdı. Axı “yapon sindromu” uzun illərdir Maşanı qarabaqara izləyir. Elə Danimarkanın Herninq şəhərində də Stadnik zirvəni onlardan yan ötməklə ələ keçirmişdi. Allsport.az saytına müsahibəsində günün, bəlkə elə yaxın günlərin, cəmi dünya çempionatının qəhrəmanı olacaq 31 yaşlı güləşçi sevincini belə bölüşdü:

– Bu gün yubileyimdir. Xeyr, zarafat edirəm (gülür). Düz 10 il öncə mən ilk dəfə dünya çempionatında qızıl medal qazanmışam. Bu 10 ildə məndə həmişə 2-ci və 3-cü yerlər olub. İndiki qələbəm, özümə əsl hədiyyə oldu.

– Bu illər ərzində çox şeymi dəyişib?
– Dəyişən yəqin ki, psixolojidir, tarıma çəkilən mücadilə. 10 il öncə gənc idim. Duyğu və yanan bir ürəklə, fiziki üzərində mübarizə aparırdım. İndi bir az yaşlıyam və başımı daha çox istifadə edirəm. Baş soyuq, ürək alovludur. Artıq duruma sakit və ağılla baxırsan.

– Finalda ehtiyatlı güləşdiniz. Halbuki rumıniyalı Emiliya Alinanı əvvəllər rahat və erkən üstələyirdiniz.
– Bilirsiz, bu dünya şempionatının finalıydı. Onsuz da gərginlik vardı, amma səhv etmək istəmirdim. O üzdən tələsəmədən, təmkinlə görüşü bitirməyi planlamışdım. Fürsət düşdükcə, xallarımı alıb işimi görürdüm. Öncələr səhvlərim olmuşdu. Bu üzdən, finalda qızıl medalı qaçırmaq istəmirdim.

– Yəqin ki, çinli rəqibiniz – Yanan Suna minnətdarsınız.
– Bütün rəqiblərimə minnətdaram. Onlar mənə işləməyə stimul verirlər.

Hər necə olsa, yolunuzu açdı. Özü isə sonda medalsız qaldı.
– Razıyam, yaxşı qızdır (gülür).

– Evdəkilərlə əlaqə saxlamağa imkan tapmısınızmı?
– Ailə mənim üçün birincidir. Sonrakı yerlərdə idman gəlir. Oğlum bu ilk 1-ci sinifə getdi. Dünən onlar mənim üçün dua etmələrinin video-görüntüsünü göndərdilər (gülümsəyir). Yeri gəlmişkən, orda onlar deyirdilər ki, yapona qalib gəl (gülür). Bu dəfə yaponiyalı ilə qarşılaşmadım. Mənə sual verirdilər: “Ana, nə vaxt nəhayət, yapona qalib gələcəksən?”

– Yaponlar sizin ən təhlükəli rəqiblərinizdir.
– Bəli. Onlar, “anamız yaponları sevmir” (gülür). Sonunsu səfər evə yollananda, qızım deyirdi ki, ana, sən bu dəfə yapona qalib gələcəksən və ümumiyyətlə, yapona qalib gəlmədən evə dönmə.

Kamran HACI, Nursultan

Həmin kateqoriyadan