2 qızıl, 2 gümüş və 1 bürünc

Sloveniyanın Qradeç şəhərində qadın cüdoçuların “Koroşka” açıq beynəlxalq turnirində millimiz uğurlu çıxış edib.

Allsport.az saytı xəbər verir ki, 23 ölkədən 530 nəfərin mübarizə apardığı rəqabətdə Aydan Vəliyeva (40 kq) və Səbinə Əliyeva (52 kq) bütün rəqiblərinə qalib gəliblər.

Nigar Şahməmmədova (44 kq), Zeynəb Məmmədova (52 kq) və Aytac Qardaşxanlı (57 kq) yalnız finalda yeniliblər. Nərmin Əmirli isə (+70 kq) 3-cü yer tutub.

Həmin kateqoriyadan