2 sablyaçımız 1/32 finala qədər irəliləyib

Tunisdə qadın sablyaçıların dünya kuboku mərhələsi keçirilib. Allsport.az saytı xəbər verir ki, millimiz həm şəxsi, həm də komanda yarışında mübarizə aparıb.

Bizdən ən yaxşı göstəriciyə 2 nəfər nail olublar. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-ündə qələbə qazanan Anna Başta 1/32 finala qədər irəliləyib, burada fransalı Marqauks Rifkissə 13:15 uduzub.

Qrupda 5 qarşılaşmada sevinən Valeriya Bolşakova 1/32 finalda polşalı Angelika Vatora 11:15 yenilib.

Digər sablyaçımız Səbinə Kərimova və Sevil Bünyatova pley-offda dayanıblar. Komanda yarışında millimiz 1/16 finalda türkiyəli həmkarlarına 43:45 məğlub olub.

Həmin kateqoriyadan