2 saylı RİOEUGİM-in müəllimi “Azərsu”nun baş məşqçisi olub

2 saylı respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin məşqçi-müəllimi Marina Cəfərova “Azərsu”nun başına keçib. Allsport.az saytı xəbər verir ki, o bu vəzifədə belaruslu Sergey Petroviçi əvəzləyib.

Həndbolçular hazırda “ABU-arena”da yeni mövsümə hazırlaşır. Komanda heyətini 2 legionçu ilə gücləndirib. Son mövsümdə ölkə çempionu qızıl medalı sona 2 tur qalmış əldən verdi.

Qeyd edək ki, 2 saylı RİOEUGİM-in direktoru güləş federasiyasının keçmiş baş katibi Əjdər Cəfərovdur.

Həmin kateqoriyadan