20 yanvar şəhidlərinin xatirəsinə “Arpaçay Open”

18-20 yanvarda Bakı idman sarayında Qanlı yanvar şəhidlərinin xatirəsinə “Arpaçay Open” beynəlxalq turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, milli karate federasiyasının və “Arpaçay” klubunun təşkilatçılığı ilə açıq rəqabətdə uşaqlar, yeniyetmələr və gənclər iştirak edəcəklər.

Yarışın 1-ci günündə bütün yaş qruplarında fərdi kata, ertəsi gün isə 6-11 yaşlı uşaqlar arasında fərdi və komanda kumite yarışları təşkil olunacaq. Son günündə 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında müxtəlif çəkiləriə kumite olacaq. Qalib və mükafatçılar federasiyanın diplom, kubok və medalları ilə təltif olunacaqlar.

Yarışın açılış mərasimi yanvarın 19-da saat 17:00-da olacaq. 

Həmin kateqoriyadan